Bakıda imtahana gedən tələbə universitetin bir neçə addımlığında qazılan xəndəyə düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda universitet tələbəsi yolda qazılmış quyuya düşərək xəsarət alıb.
BAKU.WS real tv-yə istinadən xəbər verir ki, Əsgər Cabbarov imtahana gedərkən 9 metr dərinlikdəki quyuya yıxılıb. O, hadisə nəticəsində ağır xəsarət alıb.
Tələbənin anası Gülsarə Cabbarovanın sözlərinə görə, oğlunu tələbə yoldaşları huşsuz vəziyyətdə tapıb. Bundan sonra oğlu əməliyyat olunub. Hazırda da vəziyyəti ağırdır.
Problem isə həmin yerdə təhlükəsizliyə məsul olan "Caspian Construction" şirkətinin Ə.Cabbarovla maraqlanmamasıdır.
Zərərçəkmiş tərəfin vəkili bildirib ki, bu hadisə ilə bağlı sözügedən şirkətin əməkdaşı Ceyhun Bəbirzadə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq gedir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...