Bakıda iki yaşlı körpə faciəli şəkildə ölüb

Bakıda iki yaşlı körpə qız bədbəxt hadisə nəticəsində ölüb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.
Belə ki, iki yaşlı İ.K. (ad şərtidir) valideynləri ilə birlikdə qəsəbə ərazisində yaşayan qohumlarıgilə (uşağın xalasıgilə) qonaq gedib.
Nəzarətsiz qalan körpə həyətdə oynayarkən hovuza düşərək boğulub. Bu zaman uşağın anası və xalası evdə olduğundan hadisədən uşaq öləndən sonra xəbər tutublar. Onlar uşağın meyitini bir neçə dəqiqə sonra hovuzda aşkarlayıblar.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...