Bakıda iki evdən 30 min dollar və 57 min manatlıq oğurluq olub
Bakıda iki evdən 30 min dollar və 57 min manatlıq oğurluq olub.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yerləşən evdən 30 min dollar və 12 min manat oğurlanması barədə zərərçəkən şəxs polisə müraciət edib. Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 22 yaşlı qadını saxlayıb.
Analoji hadisə Sabunçu rayonunda da baş verib. Belə ki, evlərin birindən 25 min manat və 20 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 56 yaşlı İ.Çurin müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hamamda dəm qazından zəhərlənənlərdən birinin vəziyyəti orta-ağırdır
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində aprelin 1-də hamamda dəm qazından zəhərlənən 6 nəfər (4 oğlan, 2 qız) bu gün saat 15:00 radələrində yenidən...