Bakıda ictimai iaşə obyektində YOXLAMA - Bu nöqsanlar aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nəsimi rayonunda "Ərzurum" ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, mətbəxdə döşəmə, divar və tavanın təmirsiz olduğu, səthlərin hamar, yuyulabilən və korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. İstehlaka hazır qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....