Bakıda icra başçısı iki şöbə müdirini İŞDƏN ÇIXARDI: Baş mühasibə yeni vəzifə verdi
Nizami Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr islahatı həyata keçirilib.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Coşqun Cəbrayılov müvafiq əmrlər imzalayıb.
Belə ki, ləğv edilən Hüquq şöbəsinin müdiri Sabir Abbasəliyev işdən çıxarılıb. Şöbənin yerinə yaradılan Hüquq və kadr məsələləri sektoruna isə hələlik müdir təyin olunmayıb.
Bununla yanaşı ləğv edilən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rəşad Hüseynov da işdən xaric edilib. Yeni yaradılan Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoruna isə Tural Cavadov müdir təyin olunub. O, daha əvvəl ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin müdiri işləyib.
İnformasiya təminatı və təhlil sektoru ləğv edildiyindən isə onun müdiri Cavid Qafarov başçının əmri ilə Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunda baş məsləhətçi (əhali ilə görüşlərin təşkilatçısı) vəzifəsinə keçirilib.
İcra hakimiyyətinin indiyədək baş mühasibi olan Sevinc Mollayeva da yeni yaradılan İnzibati işlər sektoruna müdir təyin olunub. Bununla da komendant, xadimə və sürücülərə rəhbərlik də ona həvalə olunub.
Oxşar xəbərlər
Bakıda təmir sexi avtomobillə birlikdə yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR
Bakı şəhərinin Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobil təmiri sexində yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)...