Bakıda içki məclisi qanla bitdi: Bir nəfər öldürüldü
Paytaxtın Binəqədi rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.
Məlumata görə, şərti adı Ədil Məhərrəmov olan şəxslə əvvəllər məhkum olunmuş 57 yaşlı şərti adı Nəcəf Qafarov adlı şəxs arasında mübahisə yaranıb.
Bu zaman Nəcəf Qafarov Ədil Məhərrəmova bizlə çoxsaylı xəsarətlər yetirib, sonuncu aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.
"Eşitdiyimə görə, hadisə baş verməzdən öncə qayınatası, yoldaşı oturub yeyib-içiblər. İçkili olublar, sözləri çəp gəlib. Bu da davaya səbəb olub", - qonşulardan biri söyləyib.
Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib
Türkiyənin İstanbul vilayətində qanunsuz mərc fəaliyyətindən əldə olunan gəlirlərin yuyulması ilə bağlı istintaq çərçivəsində iki şirkətə məxsus 25,5 kiloqram q...