Bakıda içməli su 10 gündür ki boş yerə həyətlərin zirzəmisinə axır - İDDİA - FOTO/VİDEO

Bakıda içməli su 10 gündür ki boş yerə həyətlərin zirzəmisinə axır - İDDİA - FOTO/VİDEO
Foto Video
Hadisə 112

Paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsində içməli su 10 gündür ki boş yerə həyətlərin zirzəmisinə axır.

Bu barədə iddia BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, mart ayının 15-i qəsəbənin Qulu Quluyev kücəsi ev 41 ünvanında həyətin içərisindən keçən su xətti partlayıb. Hadisə ilə əlaqədar dəfələrlə "Azərsu" ASC-nin "qaynar xətt"inə müraciət olunsa da, problem öz həllini tapmayıb. İndi içməli su evlərin zirzəmisinə dolub:

"Mart ayının 18-i, səhər saat 11 radələrində "Azərsu" ASC-nin Suraxanı rayonu qəza briqadası hadisə yerinə yaxınlaşıb, "Biz bu məsələlərə baxmırıq", - deyərək gediblər. Briqada rəisi dedi ki, məsələni öz şəxsi hesabımıza həll edək. Artıq 10 gündür ki su evlərin zirzəmisinə dolub və qonşular suyu nasosla çıxarırlar".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər