Bakıda I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynovun dəfn mərasimi keçirilir
20
fev
2026
11:18
Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş Rafiq Hüseyn oğlu Hüseynovun dəfn mərasimi keçirilir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Onun nəşinin qalıqları torpağa tapşırılmaq üçün Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanına gətirilib.
Xatırladaq ki, Rafiq Hüseynov 16.04.1974-ci il aprelin 16-da Ağdam rayonu, Qiyaslı kəndində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonu, Sırxavənd kəndi istiqamətində itkin düşüb.
Oxşar xəbərlər
Göyçayda qəzada ölən yeniyetmə 7-ci sinif şagirdi imiş
Ötən gün Göyçay rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1970-ci il təvəllüdlü Hüs...