Bakıda “Hyundai” yandı - FOTO
11
mar
2021
08:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda yanğın baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.
Hərəkətsiz vəziyyətdə olan 99-NV-914 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin mühərrik hissəsi qəfildən alovlanıb. Avtomobilin xanım sürücüsü ətrafdakıları köməyə çağırıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb və alovun ətrafa keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Hadisənin səbəbi araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada güclü yanğın - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb. FHN-in Mətbuat xidməti BAKU.WS-ə bildirib ki, Sumqayıt şəhərində məcbu...