Bakıda hoteldə ərəb qadın öldü

Bakıda hoteldə ərəb qadın öldü
Hadisə 269

Bakıda hoteldə ölüm hadisəsi baş verib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Səbail rayonu, Şıxov qəsəbəsi Salyan şosesində yerləşən “Aysberg” hoteldə Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.

Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib.

Ölüm faktı ilə əlaqədar Səbail rayon Prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər