Bakıda hoteldə 21 yaşlı qız ölümcül zəhərləndi

25
apr
2023
16:27
Bakıda hoteldə zəhərlənən 21 yaşlı qız xəstəxanaya yerləşdirilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə aprelin 24-də saat 05 radələrində baş verib. Sübh çağı Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən hoteldən Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü N.Q. ağır dərəcəli zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin kritik olduğunu bildiriblər.
İlkin araşdırmalar zamanı gənc qızın hoteldə olarkən narkotik vasitə qəbul etməsi və bunun təsirindən zəhərlənməsi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda qadın kafedə tanış olduğu kişini evinə gətirdi, keçmiş əri isə... - Şok təfərrüat
Bakının Sabunçu rayonunda 1993-cü il təvəllüdlü Eldəniz şəxsi münasibətlər zəminində Əmiri (adlar şərti verilib - red.) qətlə yetirib. BAKU.WS bildirir ki, “tel...