Bakıda heroin satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakıda heroin satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı 32 yaşlı əvvəllər məhkum olunmuş Kənan Həsənov saxlanılıb. Ondan 1 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaq niyyəti ilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir.
Oxşar xəbərlər
Dənizkənarı Bulvar İdarəsinin həbsdə olan sabiq sədri özünü günahkar bilməyib
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə...
