Bakıda hərəkətdə olan sərnişin avtobusunda yanğın olub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda sərnişin avtobusu yanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Natiq Abdullayevin idarə etdiyi “Karsan” markalı 81 nömrəli sərnişin avtobusunun mühərrik hissəsində qəfil tüstülənmə baş verib.
Mühərrik bölməsində başlayan yanğının salona keçməsinin qarşısını FHN-nin DYMX-nin mobil briqadası alıb. Əraziyə iki texnika cəlb edilib.
Sürücü Natiq Abdullayev bildirib ki, hadisə zamanı avtobusda sərnişin olmayıb. O, avtobusu depoya təhvil vermək üçün idarə edib.
Fakt araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Bakının mərkəzində ticarət obyektlərində baş verən yanğın söndürülüb - YENİLƏNİB - 3 - VİDEO
Bakının Nərimanov rayonunda, “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb. ***10.26 Bakı şəhəri, Nəriman...