Bakıda həmyaşıdını öldürən Rəhim Əsədova hökm oxunub
Bakıda həmyaşıdı Rəşid İmanovu qətlə yetirməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2024-cü il iyunun 14-də Bakının Sabunçu rayonu ərazisində baş verib.
İttihama görə, 2006-cı il təvəllüdlü Rəhim Əsədov rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı intim əlaqədə olduğu Rəşid İmanova bıçaqla xəsarət yetirərək öldürüb.
Rəhim Əsədov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Oxşar xəbərlər
Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub
Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Əli-məmməd oğlu Həsənzadə Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub. BAKU.WS xəbər...