Bakıda həbsdə olan erməni Rusiyaya göndərildi

05
may
2019
09:41
Erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov-Qalustyan Bakı həbsxanasından Rusiyaya çatdırılıb.BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Maratın bacısı Marianna Mirzoyan “Facebook” səhifəsində yazıb.Xatırladaq ki, Qalustyan 2016-cı ilin iyulunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (böyük həcmdə narkotik vasitələrin qanunsuz əldə edilməsi, istehsalı, saxlanması və yayılması) üzrə saxlanılmışdı. 8 il həbsə məhkum edilən Qalustyan uzun müddət imiş Bakıda işləyirmiş. O, həyat yoldaşının soyadını götürərək özünü Ueldanov kimi təqdim edib. Həbsindən sonra isə erməni mətbuatı onun erməni əsilli olması səbəbindən tutulması iddiasını irəli sürmüşdü.2019-cu ilin yanvarında Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanla aparılan danışıqlar nəticəsində Marat Ueldanov-Qalustyanın Rusiyaya qaytarılacağına ümid etdiyini bildirmişdi.
Oxşar xəbərlər
Azərbaycandan Den Bilzeryanla bağlı növbəti addım
Erməni əsilli ABŞ vətəndaşı, milyonçu qumarbaz Den Bilzeryan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə onun adı Xarici İşlər Nazirliyi...
