Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI

Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI
Hadisə 1186
Bakı və Sumqayıtda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən son monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb:“Çünki həmin ərazidə olan şadlıq saraylarının sayı çoxdur. Xan bağı, Cənnət, Xan sarayı, Hissa, Madonna, Milord, Grace Hall, Ayla şadlıq sarayları, Səhər mehi və Kometa restoranlarında tullantıların miqdarı normadan çox olub. Binəqədi rayonunda Sonalar sonası, Şahənşah, Mələk, Oğuz xan, Qızıl tac, Al saray, Amor, Röya, Xətai rayonunda Fəridə, Leyla, Şəhzadə, Elgün, Neapol, Movida, Mirana, Nərimanov rayonunda Şuşa, Su sonası şadlıq sarayları, Orman, Xankəndi, İsa bulağı restoranları, Sumqayıt şəhərində Qubadlı, Tural, Nurlan, Dan ulduzu, Şəhanə və Dədə Qorqud, Abşeronda Qarabağ, Ülvi, Səmayə və Sultan, Gəncə şəhərində Firuzə, Tural və Şəhzadə şadlıq saraylarıdır. Həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq”.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu 4 restoran bağlana bilər - SİYAHI

Bu 4 restoran bağlana bilər - SİYAHI

Havaya atılan tullantıların qarşısının alınması üçün qurğular quraşdırmayan 4 ictimai iaşə obyektinin fəaliyyəti dayandırıla bilər.BAKU.WS Trend-ə istinadla xəb...

1654 Sosial 16:19 22 aprel 2019

Son xəbərlər