Şadlıq saraylarına “məcburi göstəriş” verildi

Şadlıq saraylarına “məcburi göstəriş” verildi
Sosial 1303

Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən monitorinqlər davam etdirilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətində BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, keçirilən monitorinqlər zamanı şadlıq saraylarından 22-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.

Analizlərin nəticələrinə əsasən 19 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb.

Cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Aparılan araşdırma və monitorinq zamanı yalnız “Okean”, “Park Palace”, “Kiparis” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.

Hazırda digər ictimai-iaşə obyektlərində monitorinq və araşdırmalar davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Nazirlik 15 şadlıq sarayını cərimələyib

Nazirlik 15 şadlıq sarayını cərimələyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən ictimai iaşə obyektlərindən atmosferə atılan tullantıların m...

854 Sosial 18:18 04 dekabr 2018

Son xəbərlər