Bakıda güclü YANĞIN - VİDEO - YENİLƏNİB

Bakıda güclü YANĞIN - VİDEO - YENİLƏNİB
Video
Hadisə 44

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş verən güclü yanğın söndürülüb.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq FHN-in məbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisə baş verən yer 2 mərtəbədən ibarət obyektdir. Hər mərtəbəsi 80 kvadratmetr olan tikilinin altı avtoyuma məntəqəsi, üstü isə çay evi olub.

***16:27

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində güclü yanğın başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər Ölkə.Az-ın redaksiyasına video göndəriblər.

Yanan ərazi və hadisənin səbəbi məlum deyil.

Yanğının təsirindən tüstü xeyli əraziyə yayılıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib.

Son xəbərlər