Lökbatanda baş verən yanğın söndürülüb

Lökbatanda baş verən yanğın söndürülüb
Video
Hadisə 313

Bakı şəhəri, Qaradağ rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

***20:03

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində açıq sahədə başlayan yanğın lokallaşdırılıb.

BAKU.WS xəbər verir ki, əraziyə çoxsaylı yanğınsöndürən texnika və canlı qüvvə cəlb edilib. Yanğının miqyası azalıb, alov ram edilib. İndi ərazidən sacədə tüstüləmə izlənilir.

***19:05

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində açıq sahədə başlayan yanğını hələ də söndürmək mümkün olmayıb.

Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə bildirdiklərinə görə, alov daha da genişlənib. Hava küləkli olduğu üçün yanğının söndürülməsində çətinliklər yaranıb.

Ərazidə yanğınsöndürənlər çalışırlar.

***18:30

Bakıda güclü yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.

Bildirilib ki, "Sədərək" istiqamətində açıq sahədə güclü yanğın baş verib. Hava küləkli olduğu üçün alov qısa müddətdə şiddətlənib. Həm də, yaxınlıqda yüksək gərginlikli elektrik xətləri və dəmiryolu xətti keçir. Bu səbəbdən də, ərazidə təhlükəli vəziyyət yaranıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hadisə ilə əlaqədar nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin 112 nömrəli "qaynar xətti"nə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Açıq ərazidə kol-kos olan ərazidə baş vermis yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər