Bakıda gənc oğlan məktəbin qarşısında BIÇAQLANDI
15
sen
2023
08:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, 90 nömrəli tam orta məkətbin qarşısında 1992-ci il təvəllüdlü Əsgərov İsmayıl Nəriman oğlu qəfil naməlum şəxsin hücumuna məruz qalıb.
Həmin şəxs İsmayıl Əsgərova bıçaq zərbəsi endirərək ərazidən qaçıb.
Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb.
O, cərrahi əməliyyat edilib.
Vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...