Bakıda gənc oğlan bıçaqlanıb
Oktyabrın 14-də saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü Emil Kazımlının və 1996-cı il təvəllüdlü Vasif Məmmədovun aralarında yaranmış münaqişə zəminində bir-birilərinə qarşılıqlı xəsarətlər yetirmələri, nəticə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
DİN rəsmisi əlavə edib ki, hadisə ilə bağlı ərazi polis orqanında araşdırma aparılır.
***08:53
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1998-ci il təvəllüdlü Kazımlı Emil Emin oğlu dava zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.
Oxşar xəbərlər
Terrorçuluğu maliyyələşdirən iki nəfərə hökm oxundu
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzr...