Bakıda gəlin qayınanasını amansızlıqla qətlə yetirdi

19
sen
2019
14:23
Bakıda törədilən dəhşətli qətlin üstü açılıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın gəlini Mədinə Şıxabdulova tərəfindən qətlə yetirildiyi məlum olub. Gəlini onu məişət münaqişəsi zəminində başına butulka ilə vuraraq öldürüb.Hadisəni törədən şəxs artıq saxlanılıb. Qeyd edək ki, Telnova küçəsindəki mənzildə qadının üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Qəsdən adam öldürmə faktı ilə Azərbaycan CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Bakıda 70 yaşlı qadını evində öldürdülər
Bakıda qətl törədilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Telnov küçəsində qeydə alınıb. Həmin küçənin sakini, 1949-cu il tə...
