Bakıda 70 yaşlı qadını evində öldürdülər

19
sen
2019
13:30
Bakıda qətl törədilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Telnov küçəsində qeydə alınıb. Həmin küçənin sakini, 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar qablaşdırılaraq götürülüb və müvafiq ekspertizalar təyin edilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli cinayətin üstü açıldı – RƏSMİ AÇIQLAMA
Qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, Lənkəran rayonunu...
