Bakıda “Gelandewagen” qəza törədib, 7 nəfər xəsarət alıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində baş verib.
“Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Bəkir Çobanzadə küçəsində yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirərək əks yola çıxıb. Bu zaman avtomobil qarşıdan gələn “Mercedes” markalı mikroavtobusla, daha sonra isə “Opel” markalı maşınla toqquşub. Qəza nəticəsində iki avtomobil deformasiyaya uğrayıb. Ümumilikdə 7 nəfər xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib.
Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Əlavə məlumat veriləcək.
Qalereya
Oxşar xəbərlər
Bakıda “Gelandewagen” qəzası ilə bağlı açıqlama: "Sərnişinin başı..." - VİDEO
Ötən gün gecə baş verən ağır yol qəzası ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov açıqlama verib. BAKU.WS xəbər verir ki, ekspert qəza zamanı təhlükəsizlik kə...