Bakıda gecə klubundakı partlayışa görə həbs olunan şəxsdən YENİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda gecə klubunda partlayışa görə həbs edilən Rəsul Rəsulovun apellyasiya şikayətinə baxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya onun vəkili məlumat verib.
Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində R.Rəsulovun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Rəsul Rəsulov yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyib.
Rəsul Rəsulovla yanaşı, “Merser food” MMC-nin təsisçisi, klubun meneceri Orxan Səfərov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov da saxlanılıblar. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində iki nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib.
Oxşar xəbərlər
Bakıda partlayışa görə tutulan bloger apellyasiya şikayəti verdi: Yataq xəstəsi olan anası var
Bakıda gecə klubunda partlayışa görə həbs edilən sosial şəbəkələrdə bloger kimi tanınan Rəsul Rəsulov apellyasiya şikayəti verib. Bu barədə APA-ya onun vəkili m...