Bakıda gecə klubunda partlayış - YENİLƏNİB/VİDEO

Bakıda gecə klubunda partlayış - YENİLƏNİB/VİDEO
Hadisə 749

İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib. Hadisə nəticəsində klubun üstündə yerləşən mənzillər də zərər görüb.

03:53

Bakının mərkəzində güclü partlayış olub.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, partlayış Səbail rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda qeydə alınıb.

Partlayış zamanı bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış yanğınla nəticələnib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib.

03:29

Bakının mərkəzində güclü partlayış olub.

Bu barədə “Report”a hadisə şahidləri xəbər verib.

İlkin məlumata görə, hadisə Nizami küçəsində qeydə alınıb. Partlayış zamanı xəsarət alanlar var. Eyni zamanda obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış yanğına səbəb olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib.

Son xəbərlər