Bakıda gecə güclü külək nəticəsində ağac aşıb

Bakıda gecə güclü külək nəticəsində ağac aşıb
Hadisə 147

Ötən gün baş verən güclü külək nəticəsində gecə ərzində bir ağac aşıb.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən açıqlama verilib.

Məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Fəsadlar aradan qaldırılıb.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər