Bakıda FİLM KİMİ OLAY: Körpüyə çıxıb özünü doğradı

Bakıda baş verən intihara cəhd hadisəsi şahidləri şoka salıb.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində, “20 Yanvar” dairəsindəki körpüdə baş verib.
Bakı şəhər sakini 31 yaşlı Edqar Qarayev intihar etmək məqsədi ilə körpüyə çıxıb. Bu zaman ətrafda olanlar və polis əməkdaşları onu xilas etmək üçün hərəkətə keçiblər. Lakin E.Qarayev ona yaxınlaşanların geri çəkilməsi üçün ülgüclə bədənini doğramağa başlayıb. Buna baxmayaraq polis əməkdaşları çətinliklə də olsa, onu fikrindən daşındıra biliblər. Daha sonra E.Qarayev xəstəxanaya yerləşdirilib.
Onun hansı səbəbdən intihara cəhd etməsi isə hələlik bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan incəsənətinə ağır itki üz verdi - FOTO
Xalq rəssamı Mais Ağabəyov bu gün 79 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb. Qeyd edək ki,...
