Bakıda fəhlə səkkizinci mərtəbədən yıxılıb öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Qaradağ rayonundakı tikinti sahəsində bədbəxt hadisə qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Mayın 19-da, saat 16:00 radələrində Lökbatan qəsəbəsində “Bakı Cənub Qapısı” yaşayış kompleksinin ərazisində hündürmərtəbəli binanın inşası zamanı Quba rayon sakini, 1972-ci il təvəllüdlü fəhlə Abbas Sultanov səkkizinci mərtəbədən yıxılaraq həyatını itirib.
Hazırda rayon prokurorluğu faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, bu, iş yerində ölümlə nəticələnən ilk hadisə deyil.
Azərbaycanda tikinti sahələrində təhlükəsizlik tədbirlərinə əməl olunmaması faktları daha əvvəl də qeydə alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu yaxınlarda yaydığı hesabata görə, ötən il respublikada 63 nəfərin öldüyü, 239 nəfərin yaralandığı 247 istehsalat qəzası araşdırılıb.
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...