Bakıda FACİƏ: Bacısını xilas etmək istəyən qadın özü yanıb öldü
11
okt
2025
14:10
Bakıda qadın faciəvi şəkildə ölüb.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
60 yaşlı Sərvinaz Xəlil qızı İbrahimova oktyabrın 5-də yaşadığı evdə yanıq xəsarətləri alıb. Yaralı Nərimanov rayonundakı Yanıq Mərkəzində müalicə alsa da, oktyabrın 10-da orada dünyasını dəyişib.
Məlumata görə, hadisə olan günü benzin alışıb və mərhumun bacısının paltarına keçib. S.İbrahimova da bacısını yanğından xilas etmək istəyib, lakin alov ona da keçib. Nəticədə qadın yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
Bir neçə ay əvvəl bağlanan Azadlıq Partiyasının sədri Əhməd Oruc insult keçirib. BAKU.WS xəbər verir ki, bununla bağlı Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc mə...