Bakıda eyni yerdə iki hadisə: Avtobus avtomobillə toqquşdu, motosiklet isə... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nizami rayonunda, metronun “Koroğlu” stansiyasının yaxınlığında eyni anda iki yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, motosiklet aşaraq yanıb, həmçinin sərnişin avtobusu başqa bir avtomobillə toqquşub. Nəticədə ərazidə sıxlıq yaranıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar:
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində motosikletdə baş vermiş yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan yoxdur”.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...