Bakıda evə basqın: Aralarında qadının da olduğu dəstə mənzil sahibini yaralayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı sakinin evinə basqın ediblər.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dekabrın 21-də Bakı şəhər sakini C.Əliyevin tanışı və Sabirabad rayon sakini S.Şahbazova ilə birlikdə yaşadığı mənzildə olarkən açıq qalmış qapıdan girən iki nəfərin onun qol və ayaq nahiyəsinə bıçaq və dəmir parçası ilə xəsarət yetirərək 120 manat pulunu və mobil telefonunu götürüb həmin qadınla birgə getmələri barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Şahbazova və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Əvvəlcə cinsi əlaqədə olub, sonra sevgilisini yataqda… - Bakıda dəhşət - VİDEO
23 sentyabr 2019-cu il tarixli baxış protokoluna əsasən, Yeni Yasamal-1 yaşayış massivi, ev 2, mənzil 11-də, yataq otağındakı çarpayının üzərində Maya Kərimovan...