Bakıda evdən qaçan 16 yaşlı qız: "Burada qəlyan, oğlan yoxdur"
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 16 yaşlı qız valideynlərini evdən qaçıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün instaqram hesabında paylaşım edib.
O, bildirib ki, yeniyetmə qız valideynlərini bəyənmədiyi üçün bu addımı atıb:
“Polis dünən 16 yaşlı qız gətirib. Geyim, saç düzümü, danışıq, fikrini izah etmək, makiyaj heç 20 yaşdan böyük qzlarda belə deyil. Anasını bəyənmir, atası xəstədir, onu da bəyənmir. Dəfələrlə evdən qaçıb. Adını da qoyur ki, "sıxılıram". Dayısıgildə qalmaq qalmaq istəyib, orada da sıxılıb. Öz istəyi ilə sığınacaqda qalmaq istədiyini bildirib, anasının razılığı ilə yerləşdirilib. İndi yanıma gəlib ki, “sıxılıram”. Deyirəm, “nədən sıxılırsan?” deyir ki, “ev ilə buranın heç bir fərqi yoxdur”. "Bala evdə məşğələ var?" "Yox!" "Evdə psixoloji yardım var?" "Yox!" "Bəs nə səni sıxmaz?" "Burada park, oğlanlar, qəlyan yoxdur". "Qızların hamısı saçlarını hörür". "Heç “lak” da çəkmirlər"".
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...