Bakıda evdən meyit TAPILDI: Pakistan vətəndaşının müəmmalı ölümü

Bakıda evdən meyit TAPILDI: Pakistan vətəndaşının müəmmalı ölümü
Hadisə 43

Bakıda Pakistan vətəndaşının meyiti tapılıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində evlərdən birində naməlum kişi meyitinin tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Pakistan vətəndaşı 51 yaşlı Naveed Akhtar Sadiq Ali oğlu olması müəyyən edilib. Ölümün səbəbləri məlum deyil.

Faktla bağlı araşdırılma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər