Bakıda evdən 10 min pul oğurlayan şəxslər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərində evdən 10 min pul oğurlayan şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayonunda talama cinayəti qeydə alınıb.
Naməlum şəxslər gecə saatlarında paytaxt sakininin evindən 10 min manat oğurlayıblar. Bu barədə zərərçəkən şəxs polisə məlumat verib.
Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 34 yaşlı Ü.Qasımov və 24 yaşlı N.Qəmbərov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...