Bakıda ev yanıb

Bakıda ev yanıb
Hadisə 9

Bakıda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 16 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər