Bakıda 2 yaşayış binasında yanğın baş verib

Bakının iki rayonunda yerləşən yaşayış binalarında yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.
Hadisələrdən biri Yasamal rayonunda qeydə alınıb. FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.
Yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilib. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Paytaxtda digər yanğın isə Sabunçu rayonunda qeydə alınıb.
Ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.
Yüksək temperaturdan lambirindən ibarət tavan 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda mənzillərdə yanğın hadisəsi baş verib - YENİLƏNİB - VİDEO
Bakı şəhərinin Yasamal rayonunda iki mənzildə yanğın baş verib. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat daxil olub. Məlumata görə, ikim...
