Bakıda DYP əməkdaşına bıçaqla hücum edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yol polisinə hücum olub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə yanvarın 31-də saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində baş verib.
Qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə YPX inspektorları tərəfindən saxlanılan “Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib.
Lakin YPX inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib.
Oxşar xəbərlər
Piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub
Hacıqabul rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon əraz...