Bakıda doqquzuncu mərtəbədən yıxılan şəxs xəstəxanada öldü - YENİLƏNİB
Bakının Babək prospektində doqquzuncu mərtəbənin eyvanından yıxılan Rauf Aydazadə həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən bildirilib.
Qeyd olunub ki, 24.03.2024-cü il tarixində saat 16:35 radələrində 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. Açıq kəllə-beyin travması diaqnozu ilə yaralı Cərrahi profilli reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəsarət alan şəxs 25.03.2024-cü il tarixində saat 01:00 radələrində vəfat edib.
***09:32
Bakının Nizami rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.
Belə ki, 33A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Rauf Rafiq oğlu Aydazadə eyvandan yıxılıb.
Ağır xəsarətlər alan R.Aydazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolundakı ağır qəzada iki nəfər ölüb - FOTO/VİDEO - YENİLƏNİB
Bakı-Sumqayıt avtomagistralında baş verən qəza ilə bağlı 10.12.2023-cü il tarixində saat 06:35 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xə...