Bakıda dəhşətli qəzada ölənlər COVİD-19-la mübarizədə könüllü işləyirdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Tibb Universitetindən Bakıda baş verən qəza barədə açıqlama verilib.
BAKU.WS xəbər verir ki, Bakının Xətai rayonu, Nobel prospektində qeydə alınan qəzada ölən həkimlər COVİD-19-la mübarizədə könüllü olaraq işləyirdilər.
“Təəssüf ki, bu səhər çox kədərli bir xəbəri paylaşmalı oluruq. Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb.
Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar.
Qeyd edək ki, dünyasını dəyişən Sahil Mustafazadə ATU-nun Əczaçılıq fakültəsinin tələbəsi, Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi, Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub.
Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs Müalicə Profilaktika fakültəsinin tələbəsidir.
Allahdan ölənlərə rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirik!” - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Tələbə qızların zəhərlənmələri ilə bağlı ŞOK TƏFƏRRÜAT - FOTO
Noyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Onlardan biri - fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdl...