Bakıda dəhşətli hadisə: Piyadanı bir avtomobil vurdu, digəri üstündən keçdi – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonunda dəhşətli hadisə baş verib.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığındakı Bakı-Sumqayıt avtomagistralında təxminən 50-55 yaşlarında kişi yolun ikinci zolağında uzanmış vəziyyətdə olub.
Sumqayıt istiqamətində hərəkətdə olan “Opel” markalı minik avtomobilinin sürücüsü həmin şəxsi yerdə gördüyündən idarəetməni itirərək, avtomobili yolun kənarında yeni qazılan çuxura aşırıb.
Eyni istiqamətdə hərəkətdə olan Toğrul Cəfərli isə idarə etdiyi “BMW” markalı nəqliyyat vasitəsi ilə həmin şəxsin üzərindən keçib.
“BMW”də olan sərnişin İsmayıl Xaspoladovun sözlərinə görə, yerə uzanan şəxsi öncə naməlum avtomobil vurubmuş.
Hər halda hadisənin dəqiq səbəbi aparılan araşdırmanın sonunda bəlli olacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...