Bakıda dəhşət - Yük maşını fəhlənin üstündən keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda fəhlə faciəvi şəkildə ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 4-cü qapı küçəsində yerləşən metal qırıntılarının qəbulu məntəqəsində qeydə alınıb.
Həmin məntəqədə fəhlə işləyən, 1977-ci il təvəllüdlü Zaur Səlimov metal qırıntılarını yük maşınına yükləyən zaman 1973-cü il təvəllüdlü Eldar Nəcəfovun idarə etdiyi "KamAZ-55111" markalı yük avtomobilinin altında qalaraq ölüb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Fəhlənin sexdə yanıb ölməsinə görə vəzifəli şəxslər həbs edildi – RƏSMİ
Son dövrlər mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq bəzi təsərrüfat idarəetmə orqanlarında insan ölümü ilə nəticələnən əməyin mühafiz...