Bakıda DƏHŞƏT - Kişi boğazını kəsdi, arvadı qışqırıq səslərinə oyandı

16
iyl
2019
12:15
Bakıda kişi öz boğazını kəsib.BAKU.WS xəbər verir ki, bu barədə məlumatı “oxu.az”a Suraxanı rayon hüquq-mühafizə orqanlarından veriblər.Bu versiyanı Suraxanı rayonunda qeydə alınmış ölüm faktı üzrə yaradılan operativ-istintaq qrupu irəli sürüb.İlkin məlumata görə, 33 yaşlı Ruslan Telman oğlu Fəhrətov iyulun 15-də səhər saatlarında Hövsan qəsəbəsində yaşadığı evdə intihar edib.Kişinin həyat yoldaşı istintaqa bildirib ki, səhər ərinin “Boğuluram!” - deyə qışqırıq səslərinə oyanıb. Bu zaman evdə ər-arvaddan başqa, kişinin valideynləri də olub.R.Fəhrətov iki azyaşlı uşaq atası olub, ikincisi bu yaxınlarda doğulub.O, “8-ci kilometr” bazarında kiçik bizneslə məşğul olub. R.Fəhrətovu belə radikal addım atmağa vadar edən səbəb hələ məlum deyil.Fakt üzrə rayon prokurorluğunda cinayət işi qaldırılıb, istintaq gedir.
Oxşar xəbərlər
Bakıda polis polkovnikinin oğlu özünü 5-ci mərtəbədən atdı (YENİLƏNİB)
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Ə.Ağayevin oğlu 1991-ci il təvəllüdlü Orxan Ağayev Nərimanov rayonunda yaşadı...
