Bakıda dayə işlədiyi evdən 13 min manat pul oğurladı

Bakıda dayə işlədiyi evdən 13 min manat pul oğurladı
Hadisə 151

Bakıda oğurluq hadisəsi baş verib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, vətəndaş polisə müraciət edərək bildirib ki, 2019-cu ilin mart ayından bu ilin mart ayınadək evindən 13 min manat pul oğurlanıb.

Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Sevda Ayvazova saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, S.Ayvazova həmin evdə dayə işləyib.

Faktla bağlı araşdırmalar aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər