Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Dairəvi hərəkət təşkil edilmiş yolayrıclarına daxil olan sürücü dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, bu cür qayda pozuntusu qəzanı qaçılmaz edir.
"Tələsməyin, gözləyin, qaydalara əməl etməklə yolunuza davam edin", - deyə məlumatda vurğulanıb.
NİİM-in yaydığı videoda Bakıda dairəyə düzgün daxil olmayan avtomobilin digər nəqliyyat vasitəsi ilə toqquşduğu qəza anı əks olunub.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...