Bakıda daha bir qətl: Ər arvadını öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 10-u saat 12 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən mənzillərdən birində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Sabunçu rayon prokurorluğundan bildirilib.
Aparılmış araşdırmalarla 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin arvadı Sevinc Quliyevaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Zöhrab Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
Oxşar xəbərlər
Azərbaycanda tanınmış plastik-cərrah bağ evində öldürüldü - FOTO - YENİLƏNİB
Ötən gecə Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində qətl törədilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 00 radələr...