Bakıda daha bir məktəbli ÖLDÜ
Yeniliklərdən dərhal xəbərdar olun
285 nömrəli məktəbin şagirdi ölüb.
Bakı Şəhər Təhsil İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.
Belə ki, paytaxtdakı 285 nömrəli tam orta məktəbin VII sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) səhhətində yaranan problemlə bağlı halı pisləşib. Məktəbin tibb işçisi tərəfindən dərhal həkim tövsiyəsinə uyğun olaraq (məktəbli səhhətindəki problemə görə həkim nəzarətində idi) müdaxilə edilib, ilkin tibbi yardım göstərilib.
Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdin ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Ancaq bunlara baxmayaraq, təəssüflər olsun ki, şagird təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.
285 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi kədərləndiyini bildirir, vəfat edən məktəblinin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir.
Oxşar xəbərlər
Şagird onu müəllimin döydüyünü TƏSDİQLƏDİ - Yeni məktəb QALMAQALI
"321 nömrəli tam orta məktəbin VII sinif şagirdi əvvəlcə özünü pis hiss etdiyini desə də, sonradan müəllim tərəfindən döyüldüyünü bildirib".BAKU.WS xəbər verir...