Bakıda daha bir məktəbdə hadisə
Bu gün paytaxtda yerləşən daha bir təhsil müəssisəsində hadisə yaşanıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi yıxılaraq ağır xəsarət alıb.
O, dərhal xəstaxanaya yerləşdirilib.
Hadisə ilə bağlı TƏBİB-dən soruğumuza cavab olaraq bildirilib ki, 06.02.2026-cı il tarixində saat 16:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - deyə əlavə edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, 8-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) məktəbin fövqəladə hallar zamanı çıxış üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən yıxılıb:
"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Hazırda şagirdin vəziyyətinin normal olduğu bildirilir.
Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara da məlumat verilib.
Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb".
Xatırladaq ki, səhər saatlarında Ziya Bünyadov prospektində yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi 29 yaşlı xanım müəllimi ov tüfəngi ilə güllələyib.
Oxşar xəbərlər
Masallıda iki avtomobil toqquşub, ölən var
Masallı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Masallı şəhərinin Dadva məhəlləsində qeydə a...