Bakıda daha bir ərazi YANIR
Lökbatan qəsəbəsində açıq ərazidə yanğın qeydə alınıb.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yanğın bu gün saat 16:30 radələrində başlayıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
"Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək".
Qalereya
Oxşar xəbərlər
Deputatın oğlunun da həbs edildiyi cinayətdə öldürülən Ceyhunun YENİ FOTOLARI
Bakının Xətai rayonunda restoranda baş verən qanlı cinayətdə öldürülən Ceyhun Mirağayevin ("Ceyhun Sabunçu") yeni fotoları yayılıb. BAKU.WS həmin fotoları təqdi...