Bakıda cinayət işləri üzrə vurulmuş ziyanın 73,2 %-i ödənilib
16
iyl
2026
18:21
Bu ilin birinci yarımilində Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə vurulan ziyanın 73,2 %-i ödənilib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda bu ilin birinci yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.
Bildirilib ki, sözügedən dövr ərzində ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat məbləğində maddi ziyanın 6 milyon 432 min 712 manatı və ya 73,2 %-nin ödənilməsi təmin edilib.
Oxşar xəbərlər
Zaqatalada qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın FOTOLARI
Avqustun 14-də Zaqatalada baş verən qəzada ağır yaralanan 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov ötən gün vəfat edib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Z...